?Parabank? Bakı Dövlət Universitetində məzun gününə həsr olunmuz tədbirin sponsoru olub

img

01-07-2011 [03:55]


Azərbaycanın ?Parabank? ASC Bakı Dövlət Universitetində məzun gününə həsr olunmuş tədbirin sponsoru qismində iştirak edib. Bankın baş ofisindən verilən məlumata görə, tədbirdə bankın nümayəndələri təbrik çıxışından sonra rektor və prorektorlara bankın ?Premium? səviyyəli ?VİSA İnfinite? kartlarını, təhsili fərqlənmə ilə bitirən 34 məzuna isə ?VİSA Gold? kartlarını hədiyyə ediblər. Tədbir zamanı 34 fərqlənmiş məzun arasında püşkatma yolu ilə 1 ədəd ?BlackBerry? mobil telefonu da oynanılıb və nəticədə telefonun sahibi Bakı Dövlət Universitetinin məzunu Şəhla Baloğlanova olub. Xatırladaq ki, təsisçisi 23 fiziki şəxs olan ?Parabank? ASC 1991-ci ildən fəaliyyət göstərir. Bankın hazırda ölkə üzrə 16 filialı və 1 şöbəsi mövcuddur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA