?Vətəni tanı? Ucarda

img

01-07-2011 [01:35]


?Vətəni tanı? Ümumrespublika Kampaniyasının seçim turları bu dəfə Ucarda keçirilib. Ucar şəhəri 1 saylı orta məktəbdə baş tutan seçim turunun açılış mərasimində Gənclər Təşkilatları Milli Şuranın mətbuat katibi Orxan Əli, rayon Təhsil Şöbəsinin və Milli Şuranın katibliyinin üzvləri iştirak ediblər. Açılış mərasimində çıxış edənlər layihənin əhəmiyyətindən danışaraq bildiriblər ki, ölkəmizin tanıdılması, ərazi bütövlüyü məsələsi, gənclərimizdə vətənpərvərlik ruhunun aşılanması istiqamətində ?Vətəni tanı? çox önəmli layihədir. O da qeyd edilib ki, bütün regionları əhatə edəcək layihə həmçinin gənclərin coğrafi biliklərin artırılmasında mühüm rola malikdir. Ucarlı gənclərin yüksək aktivliyi ilə keçən layihədə iki nəfər respublika tutuna vəsiqə qazanıb. Kampaniyaya rəsmi olaraq Gənclər və İdman, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi dəstək verir. Həmçinin ?AVA? Skandinaviya klinikası, FİXED Borders kampaniyaya dəstək verir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA