iyul ayının hava proqnozu

img

30-06-2011 [01:38]


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, iyul ayında havanın orta aylıq temperaturunun iqlim normasından bir qədər yüksək olacağı gözlənilir. Yağıntıların ay ərzində Respublika ərazisində qeyri-bərabər paylanması gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur. Birinci ongünlükdə tez-tez şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Bakıda və Abşeron yarımadasında Orta aylıq temperaturun 26-28 dərəcə isti (gecələr 20-25, gündüzlər 29-34 dərəcə isti, ayrı-ayrı günlərdə 36-39 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasından bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 2-3 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir. Naxçıvan Muxtar Respublikasında Orta aylıq temperaturun 26-29 dərəcə isti (gecələr 17-22, gündüzlər 30-35 dərəcə isti, ayrı-ayrı günlərdə 38-42 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasından bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 6-16 mm) olacağı gözlənilir. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy zonalarında Orta aylıq temperaturun 18-21 dərəcə isti (gecələr 12-17, gündüzlər 22-27 dərəcə isti, ayrı-ayrı günlərdə 30-35 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasından bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 36-73 mm) bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir. Qazax-Gəncə, Goranboy, Tər-Tər, Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl zonalarında Orta aylıq temperaturun 25-28 dərəcə isti (gecələr 17-22, gündüzlər 27-32 dərəcə isti, ayrı-ayrı günlərdə 35-39 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasından bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 10-32 mm) olacağı gözlənilir. Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Xızı, Siyəzən, Şabran, Quba-Qusar-Xaçmaz zonalarında Orta aylıq temperaturun 24-27 dərəcə isti (gecələr 15-20, gündüzlər 25-30 dərəcə isti, ayrı-ayrı günlərdə 33-37 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasından 1-2 dərəcə yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 9-118 mm) olacağı gözlənilir. Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında Orta aylıq temperaturun 27-30 dərəcə isti (gecələr 20-25, gündüzlər 31-36 dərəcə isti, ayrı-ayrı günlərdə 38-41 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasından bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 3-22 mm) olacağı, bəzi yerlərdə isə bir qədər çox gözlənilir. Masallı-Lənkəran-Astara, Lerik-Yardımlı zonalarında Orta aylıq temperaturun 26-28 dərəcə isti (gecələr 19-24, gündüzlər 29-34 dərəcə isti, ayrı-ayrı günlərdə 36-39 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasından bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 7-33 mm) olacağı, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA