Vüsalə Hüseynli Avropa Parlamentində ?Avropa ili?ndən danızacaq

img

29-06-2011 [12:20]


Dünya Gənclər Bankı Şəbəkəsinin (WYBN) regional ofisinin rəhbəri Vüsalə Hüseynli və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının idarə heyətinin üzvü, ?Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov iyunun 30-dan iyulun 4 nə kimi Avropada fəaliyyət göstərən Müsəlman Gənclər Təşkilatlarının (FEMYSO) II Forumunda iştirak etmək üçün Belçikanın paytaxtına səfər edəcəklər. Bankın İctimaiyyətlə Əlaqələr Departamentindən verilən xəbərə görə, Avropa Parlamentində keçiriləcək forumda DGBŞ ?nin regional ofisinin rəhbəri Vüsalə Hüseynlinin ?Müsəlman gənclərinin Avropa çərçivəsində fəaliyyəti? mövzusunda məruzəsi dinləniləcəkdir. Eyni zamanda nümayəndə heyətimizin Avropa Gənclər və İdman Direktorluğunun təmsilçisi Ulrich Bunjes, Ərəb ölkələri Liqası Gənclər və İdman Direktorluğunun rəhbəri Khalid Louhichi və digər rəsmi şəxslərlə ikitərəfli görüçləri nəzərdə tutulubdur. Forum çərçivəsində ?Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyi ilə ?Avropa Müsəlman Gənclər Təşkilatları Forumu? arasında əməkdaşlıq müqaviləsinin imzalanması nəzərdə tutulur. Xatırladaq ki, bu günə kimi, sözgüdən Forumun Azərbaycan gənclər təşkilatlarından tam hüquqlu üzvü ?Demokratik İslahatçı Gənclər? İctimi Birliyidir ki, birlik Forumun İdarə Heyətində 2010-cu ildən təmsil olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA