ADU-da məzun günü keçiriləcək

img

29-06-2011 [11:02]


Azərbaycan Dillər Universitetinin (ADU) İctimaiyyətlə əlaqələr və Mətbuat xidmətinin rəhbəri Zeynab Kazımovanın verdiyi məlumata görə, iyunun 30-da ADU tələbələrinin ?Məzun günü? keçiriləcək. ?Məzun günü? iki hissədən ibarət olacaq. Əvvəlcə universitetin rektoru, millət vəkili, professor Səməd Seyidov nitq söyləyəcək. Tədbirdə, həmçinin universiteti bitirən tələbə və onların valideynləri də çıxış edəcək. Daha sonra ADU-nun rektoru universiteti fərqlənmə ilə bitirmiş tələbələrə diplom təqdim edəcək. Tədbirin ikinci hissəsində isə Azərbaycanın populyar estrada ulduzlarının iştirakı ilə konsert və diskoteka təşkil ediləcək. ?Məzun günü?ndə gənclər və idman nazirinin müavini İntiqam Babayevin, təhsil nazirinin müavini Elmar Qasımovun, YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızının və Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayevin də iştirakı gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA