KIVDF qəzetlərə pul ayırdı

img

28-06-2011 [08:07]


Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. İclasda 6 iyun 2011-ci il tarixdə elan edilmiş "KİV-lərin 2011-ci ilin ikinci yarım ili üçün maliyyələşdirilməsi ilə bağlı müsabiqə"yə təqdim edilən layihələr müzakirə edilib. Məsələ ilə bağlı Fondun icraçı direktoru Vüqar Səfərlinin çıxışı dinlənilib. Səfərli müsabiqəyə redaksiyalar tərəfindən təqdim edilən 34 layihə barədə məlumat verib. Müşahidə Şurasının üzvləri layihələrlə tanış olub, onları gerçəkləşdirmək üçün tələb edilən maliyyə vəsaitinin uyğunluğunu araşdıraraq təkliflər veriblər. Layihələrin maliyyələşdirilməsi üçün qəzetin dövriliyi, tirajı və yayım reytinqi nəzərə alınmaqla maliyyə vəsaitinin ayrılması barədə müvafiq qərar qəbul edilib. İclasda cari məsələlər də müzakirə olunub. Maliyyə yardımı alacaq KİV-lərin siyahısı: "Yeni Azərbaycan" qəzeti 40 000 manat "Səs" qəzeti 40 000 manat "Kaspi" qəzeti 40 000 manat "Mövqe" qəzeti 40 000 manat "Yeni Musavat" qəzeti 40 000 manat "525-ci" qəzet 40 000 manat "Bakı -xəbər" qəzeti 40 000 manat "Həftə İçi" qəzeti 30 000 manat "Azadlıq" qəzeti 30 000 manat "Ədalət" qəzeti 30 000 manat "Olaylar" qəzeti 30 000 manat "Palitra" qəzeti 30 000 manat "Paritet" qəzeti 30 000 manat "Ayna-Zerkalo" qəzeti 30 000 manat "Xalq Cəbhəsi" qəzeti 30 000 manat "Şərq" qəzeti 30 000 manat "Futbol+Qol" qəzeti 20 000 manat "Paralel" qəzeti 20 000 manat "Ekspress" qəzeti 20 000 manat "Novoye Vremya" qəzeti 10 000 manat "Olimpiya Dünyası" qəzeti 10 000 manat "Üç nöqtə" qəzeti 10 000 manat "Bizim Yol" qəzeti 10 000 manat "Azernews" qəzeti 6 000 manat "Reytinq" qəzeti 5 000 manat "The Business Times" qəzeti 5 000 manat "Təhsil problemləri" qəzeti 5 000 manat "İqtisadiyyat" qəzeti 5 000 manat "Bütöv Azərbaycan" qəzeti 5 000 manat

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA