?Vətəni tanı? ümumrespublika Kampaniyası seçim turları Naftalanda

img

28-06-2011 [07:03]


Gənclər Təşkilatları Milli Şurasının ?Vətəni tanı? Ümumrespublika Kampaniyası seçim turlarını davam etdirir. Bu dəfə işçi qrupu Naftalan şəhərində oldu. Şəhər 1 saylı orta məktəbdə baş tutan tədbirdə 150 Naftalanlı gənc iştirak edib. Bundan sonra işçi qrupu Tərtər rayonunda da olub. Onlar Tərtərdə təmas xəttinə gedib və Milli qəhrəman Mübariz İbrahimovun düşmənə qarşı döyüşdüyü ərazilərdə olublar. Qeyd edək ki, Kampaniyaya rəsmi olaraq Gənclər və İdman, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi dəstək verir. Həmçinin ?AVA? Skandinaviya klinikası, FİXED Borders kampaniyaya dəstək verir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA