Mehriban Əliyeva Azərbaycanda fəaliyyət göstərən səfirlərin xanımları ilə görüzüb

img

28-06-2011 [07:00]


Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyeva iyunun 28-də Azərbaycanda fəaliyyət göstərən səfirlərin xanımları ilə görüşüb. Qonaqları salamlayan M.Əliyeva onlarla xatirə şəkli çəkdirib. Görüşdə bildirilib ki, Azərbaycanın birinci xanımı ilə görüşmək fikri səfirlərin xanımlarından ibarət qrupun toplantılarından birində səslənib. Qrupun fəaliyyətində xeyriyyəçilik işləri əsas yer tutur və bu məqsədlə də xanımlar Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum uşaqların həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində apardığı fəaliyyətlə yaxından tanış olmaq istədiklərini bildiriblər. Qrup üzvləri Fondun genişmiqyaslı xeyriyyəçilik fəaliyyəti barədə məlumatlı olduqlarını, lakin aparılan işlər barədə daha çox öyrənmək niyyətində olduqlarını diqqətə çatdırıb. Söhbət çay süfrəsi arxasında davam etdirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA