FHN-çilər bağlı qapı arxasından meyit tapdılar

img

25-06-2011 [03:16]


Sumqayıtda mənzildən meyit tapılıb. Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, nazirliyə bağlı qapı arxasında vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Hadisə yerində məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər beşmərtəbəli yaşayış binasının damından enərək 4-cü mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olub və giriş qapısını açıblar. Mənzilə baxış keçirilərkən 51 yaşlı Rəşid Əliyev çarpayıda hərəkətsiz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə cəlb edilmiş Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən keçirilən ilkin tibbi müayinə nəticəsində R.Əliyevin vəfat etdiyi məlum olub. Qeyd olunan şəxsin cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA