Mədəniyyət və Turizm Nazirliyi monitorinqə bazlayıb

img

25-06-2011 [01:59]


Mədəniyyət və Turizm Nazirliyi iyunun 20-dən respublikanın bölgələrində fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərdə monitorinqlərə başlanıb. Nazirliyin turizm şöbəsi müdirinin müavini Mahir Qəhrəmanov bildirib ki, məqsəd yay turizm mövsümünün başlanması ilə əlaqədar bölgələrdə fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərdə mövsümə hazırlığın səviyyəsini və göstəriləcək turist xidmətlərinin qiymətlərini araşdırmaqdır. Monitorinqin birinci mərhələsi iyunun 20-dən 25-dək ölkəmizin şimal-qərb regionu üzrə Qax, Şəki, Qəbələ, İsmayıllı və Şamaxı rayonlarını əhatə edir. Monitorinqlərdə Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Turizm Assosiasiyasının nümayəndələri, İqtisadi İnkişaf Nazirliyi Şəki-Zaqatala regional bölməsinin əməkdaşı və rayon mədəniyyət və turizm şöbələrinin rəhbərləri iştirak edirlər. Monitorinqlərin sonrakı mərhələsi şimal və cənub zonalarında fəaliyyət göstərən turizm obyektlərində keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA