QAT ?Dərhal müharibə bazlasın? tələbləri ilə aksiya keçirəcək

img

25-06-2011 [01:53]


Bu gün Qarabağ Azadlıq Təşkilatı (QAT)Ali Məclisinin toplantısı keçirilib. Qurumun mətbuat xidmətindən verilən məlumata görə, toplantıda prezidentlərin Kazan görüşündən sonra Qarabağın taleyi ilə bağlı yaranmış təhlükəli vəziyyət müzakirə olunub. QAT Kazan görüşünün nəticəsiz sona çatmasını bir daha həmsədr ölkələrin ermənipərəst mövqe tutduqlarını nümayiş etdirdiyini bildirib: ?Minsk Qrupu həmsədrlərinin məqsədi Qarabağ münaqişəsinin ədalətli həllini tapmaq deyil, onlar daha çox status-kvonu saxlamağa, Ermənistanın işğal edilmiş ərazilərdə ağalığını təmin etməyə çalışırlar. Ona görə də bu danışıqları davam etdirməyin heç bir mənası yoxdur?. QAT Ali Məclisi bu məsələləri nəzərə alaraq hakimiyyətdən dərhal müharibəni başlamağı tələb edir və bu məqsədlə yaxın vaxtlarda BMT qarşısında ?Ermənistana sanksiyaların tətbiq olunması?, hakimiyyət qarşısında isə ?Dərhal müharibə başlasın? tələbləri ilə aksiyalara başlamaq; Qarabağ döyüşçülərinin Forumunun keçirilməsi; Azərbaycanın iqtidarlı-müxalifətli bütün siyasi, ictimai qurumlarının iştirakı ilə Qarabağ Qurultayının keçirilməsi haqda qərar qəbul edib. Tədbirlərin konkret vaxtının müəyyən edilməsi İdarə Heyətinə tapşırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA