?Məhbuslar aclıq aksiyasını davam etdirir?

img

25-06-2011 [01:47]


Qobustan həbsxanasında ömürlük azadlıqdan məhrum edilən 10-dan artıq məhbus aclıq aksiyasını davam etdirir. Bu barədə məlumatı AzadlıqRadiosuna Ömürlük Cəza Almış Məhbusların Müdafiə Komitəsinin rəhbəri Müslümət Rzaxanova verib. Hərçənd, Ədliyyə Nazirliyinin Penitensiar Xidmət İdarəsi məlumatı təkzib edir: ?Karserdə olduqlarını və aclıq etdiklərini rəis özü də, rəis müavinləri də təsdiqləyir. Ancaq qəribədir ki, penitensiar xidmət hər dəfə bunu təkzib edir?. M. Rzaxanov deyir ki, iyunun 13-dən aclıq edən məhbuslar cəzalarının 15 ilə endirilməsi xahişilə ölkə rəhbərliyinə məktub yazıblar. Məktubun göndərilməsinə imkan verilməyib, məhbuslar isə cərimə təcridxanasına salınaraq işgəncələrə məruz qalıblar. Penitensiar Xidmət İdarəsindən isə AzadlıqRadiosuna bildirilib ki, aclıq aksiyası keçirməklə bağlı indiyə kimi heç bir məhkum həbsxana rəhbərliyinə müraciət etməyib. Qobustan həbsxanasında 200-dən artıq ömürlük azadlıqdan məhrum edilmiş məhbus saxlanılır. Onlar müxtəlif illərdə cəzalarının 15 ilə endirilməsi ilə bağlı bir neçə dəfə aclıq aksiyası keçiriblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA