Prezidentlər razılığa gələ bilmədilər

img

25-06-2011 [02:02]


Rusiyanın iştirakı ilə Kazanda keçirilən Ermənistan-Azərbaycan danışıqlarında Qarabağ nizamlanmasının əsas prinsiplərinə dair anlaşma əldə olunmayıb. RİA Novosti agentliyinin məlumatına görə, bununla yanaşı tərəflər əsas prinsiplərin razılaşdırılması ilə bağlı aparılan danışıqlar prosesində tərəqqinin olduğunu qeyd edib. ?Dövlət başçıları bir sıra məsələlərlə bağlı qarşılıqlı anlaşmanın əldə edildiyini vurğulayıb. Həmin məsələlərin həlli əsas prinsiplərin razılaşdırılması üçün məqbul şəraitin yaranmasına kömək edir?, -deyə görüşün yekunlarına dair birgə bəyanatda bildirilir. Sənəddə qeyd olunub ki, görüş iştirakçıları Qarabağ nizamlanmasının əsas prinsipləri layihəsinin razılaşdırılması məqsədi ilə aparılan işin gedişatını nəzərdən keçiriblər. Həmçinin Azərbaycan və Ermənistan prezidentləri Rusiya, ABŞ və Fransa liderlərinə Qarabağ probleminin nizamlanmasına göstərdikləri daimi diqqətə görə minnətdarlıqlarını ifadə edib. Onlar Rusiya prezidentinin razılaşmaların əldə olunmasına kömək məqsədi ilə səylərini yüksək qiymətləndirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA