Kazanda Qarabağ danızıqları baza çatıb (YENiLƏNiB)

img

24-06-2011 [09:58]


Kazanda İlham Əliyev, Serj Sarkisyan və Dmitri Medvedevin iştirakı ilə keçirilən görüş başa çatıb. Ermənistanın Tert.am agentliyinin Tatarstandakı müxbirinin məlumatına görə, təxminən 3 saat davam edən görüşdən sonra Azərbaycan, Ermənistan və Rusiya prezidentləri şam yeməyinə yollanıb. Kazanda həmçinin Azərbaycan və Ermənistan XİN başçılarının ATƏT-in Minsk qrupu həmsədrləri ilə ayrılıqda görüşləri planlaşdırılır. Kazandakı Kreml kompleksində İlham Əliyev, Serj Sarkisyan və Dmitri Medvedevin iştirakı ilə keçirilən danışıqlar davam edir. ?Azadlıq? radiosunun verdiyi məlumata görə, görüşü işıqlandırmağa gələn yerli jurnalistləri Kremldən uzaqlaşdırıblar. Prezidentlər Qubernator sarayına gələndən və görüş başladıqdan bir qədər sonra bütün yerli jurnalistləri avtobusla ippodroma aparıblar. Azərbaycan, Ermənistan, Rusiya prezidentləri üçtərəfli görüşdən sonra cıdır meydanına gəlib prezident kuboku at yarışlarını izləməlidir. Proqrama görə, prezidentlərin Bakı vaxtıyla saat 21.00-da cıdıra gəlməsi nəzərdə tutulub. "RİA Novosti" agentliyinin məlumatına görə, nümayəndə heyətləri masa arxasına əyləşdiyi zaman D.Medvedev bunları deyib: "Nəticəni əldə etmək üçün bir-birimizə yaxın olmalıyıq". Görüşdə Rusiya nümayəndə heyətinin tərkibində xarici işlər naziri Sergey Lavrov və prezidentin köməkçisi Sergey Prixodko iştirak edir. Rusiya prezidenti Dmitri Medvedev, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan üçtərəfli görüşün keçiriləcəyi Kazandakı Kreml kompleksinə gəlib. ATƏT-in Minsk qrupunun həmsdərləri öncədən görüşün keçiriləcəyi Qubernator sarayının qarşısında idilər. Prezidentlərin görüşü Bakı vaxtı ilə saat 18:00-da başlayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA