Binəqədidə Silahlı Qüvvələr günü qeyd edilib

img

24-06-2011 [06:16]


Bu gün Binəqədi Rayon İcra Hakimiyyətində 26 iyun ? Azərbaycan Respublikası Silahlı Qüvvələri gününə həsr olunmuş bayram tədbiri keçirilib. Bu barədə Mia.az saytına Rayon İcra Hakimiyyətinin İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Natiq Əliyev məlumat verib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin Rayon İcra Hakimiyyətinin həyətində ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri düzərək, ona dərin ehtiramlarını bildiriblər. Rayon ərazisində yerləşən hərbi hissələrdən olan əsgər və zabitlərin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev bu əlamətdar bayram münasibəti ilə tədbir iştirakçılarını təbrik edərək Azərbaycanda ordu quruculuğunun inkişafından və ölkə başçısı cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində bu sahədə əldə olunan nailiyyətlərdən, xalq-ordu münasibətlərindən danışdı. Sonra çıxış edənlər ? Respublika Hərbi Komissarlığının zabiti, kapitan Yasin Aşurov, Müdafiə Nazirliyinin ?N? saylı hərbi hissəsinin qərargah rəisi, mayor Yamən Əhmədov və əsgər Cavid Məmmədov Azərbaycan ordusunun hal-hazırda regionun ən qüdrətli və yüksək döyüş hazırlığına malik bir ordu kimi formalaşdığını, ölkə rəhbərliyi tərəfindən hərbiçilərə göstərilən diqqət və qayğıdan və bunun müqabilində orduda yaranan yüksək əhval-ruhiyyəni qeyd etdilər. Sonda hərbi xidmətdə fərqlənən bir qrup gənc əsgər və zabit Rayon Gənclər və İdman İdarəsinin fəxri fərmanları və Rayon İcra Hakimiyyətinin qiymətli hədiyyələri ilə mükafatlandırıldılar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA