Türkiyə səfirliyi Xankəndindəki aeroportla bağlı açıqlama yaydı

img

24-06-2011 [05:47]


Türkiyənin Azərbaycandakı səfirliyi Azərbaycanın erməni işğalı altındakı Xankəndi şəhərində tikilən aeroportla bağlı bir türk şirkətinin adının hallanması məsələsi barədə açıqlama yayıb. Səfirlikdən bildirilib ki, mətbuatda işğalı altında olan Xankəndi şəhərində hava limanının inşa edilməsində Türkiyədə fəaliyyət göstərən ?Dəmirçi Makina? Sənaye Limited Şirkətinin iştirakı barədə xəbərlərdən narahatdır. Səfirlik bəyan edib ki, Türkiyə tərəfındən Qarabağ Azərbaycan toprağı olaraq tanınıb. ?Dolayısıyla həmin bölgəyə gedəcək mallar Azərbaycan gömrüklərinə yönəldirilir. Ayrıca Türkiyədən Ermənistana ixraca izn verilmir?-deyə açıqlamada qeyd olunub. Səfirlik bildidb: ?Biz araşdırma apardıq və ?Dəmirçi Makina? Sənaye Limited Şirkətinin 2009-2011-ci illərdə gerçəkləşdirdiyi ixracla bağlı bölgələrdə Xankəndinin adı yoxdur?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA