Səbail Icra Hakimiyyəti Ordu günü münasibəti ilə əsgərlərlə görüzüblər

img

24-06-2011 [03:57]


Səbail İcra Hakimiyyətinin rəhbərliyi və rayon ictimaiyyətinin bir qrup nümayənsi 26 İyun ? Azərbayjan Respublikasının Silahlı Qüvvələr günü münasibəti ilə Səbail rayonunun ərazsində yerləşən ?N? saylı hərbi hissədə xidmət edən əsgər və zabitlərin qonağı olublar. Əvvəljə rayonun nümayəndələri hərbi hissə komandanlığı ilə birlikdə hərbi hissənin ərazisini gəzmiş, Səbail rayon İcra Hakimiyyətinin köməyi ilə həyətə və hərbi hissəyə uzanan yola salınmış asfalt örtüyünün keyfiyyəti, həyətdə qurulmuş yeni təbliğat materialları ilə tanış olmuş, əsgər kazarmalarındakı xidməti və istirahət otaqlarına baxmış, əsgərlərimizin xidməti və məişət şəraiti ilə maraqlanmış, maraqlı söhbətlər aparmışlar. Tədbir Azərbayjan Respublikasının Dövlət Himninin ifası ilə başlanmşdır. Tədbiri açıq elan edən hərbi hissənin komandiri polkovnik-leytenant Fehruz Əzizov əlamətdar bayram münasibəti ilə əsgərləri təbrikə gəlmiş Səbail rayon nümay əndələrini salamlamış, hissənin şəxsi heyətinin xidməti və döyüş hazırlığı, əldə etdiyi uğurlar barədə məlumat vermişdir. Hərbi hissə komandiri Səbail rayon İjra Hakimiyyəti rəhbərliyinə bayram tədbirinin təşkilinə görə öz minnətdarlıqlarını bildirmiş, keçirilən bu tədbirin xidmətdə olan hərbiçilərin ruh yuksəkliyinin qalxmasında böyük rol oynadığını vurğulamışdır. Bayram tədbirində çıxış edən Səbail rayon İjra Hakimiyyəti Başçısı Asif Əsgərov 26 İyun - Silahlı Qüvvələr günü münasibəti ilə şəxsi heyəti, ordumuzun bütün əsgər və zabitlərini təbrik etmiş, onlara çətin və şərəfli xidmətlərində müvəffəqiyyətlər arzulamışdır. A.Əsgərov hərbi hissənin şəxsi heyətini Azərbayjan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı jənab İlham Əliyev tərəfindən ordumuz üçün yaradılmış şərait müqabilində daha yaxşı xidmət etməyə çağırmış və ölkə başçısının apardığı məqsədyönlü siyasət nətijəsində işğal altında olan bütün Azərbayjan torpaqlarının düşməndən azad ediləjəyinə, ölkəmizin ərazi bütövlüyünün bərpa ediləjəyinə əmin oluduğunu, lazım gələrsə Prezidentimizin əmri ilə silaha sayrılaraq müharibə yolu ilə torpaqlarımızın azad olunması üçün bütün qüvvələrin səfərbər ediləjəyini bildirmişdir. Qeyd edilmişdir ki, bu gün Azərbayjan Ordusu Qafqazda ən güjlü və hazırlıqlı ordu hesab edilir. Dövlət büdjəsindən müdafiə xərjləri üçün ayrılan vəsait ilbəil artırılır və 2011-ji il üçün 2,4 milyard manat (3 milyard ABŞ dolları) olması gözlənilir. Müdafiə Sənayesi Nazirliyi tərəfindən qısa müddətdə Azərbayjanda 86 adda müdafiə təyinatlı məmulatların istehsalına başlamış, onların həjmi son 1 il ərzində 4 dəfə artaraq, çeşid sayı 350-yə çatdırılmışdır. Tədbirdə xidmətdə fərqlənən zabit və əsgərlərdən bir qrupu Səbail rayon İjra Hakimiyyəti tərəfindən hədiyyələrlə mükafatlandırılmış, Səbail RİH-nin və rayonun orta məktəblərinin kollektivlərinin hazırladıqları sovqatlar şəxsi heyətə təqdim edilmişdir. Sonra respublikamızın tanınmış injəsənət ustaları əsgərlərimiz üçün böyük bayram konserti vermişlər. Gülüş ustaları Rəfail və Joşqunun apapdığı bayram konsertində çıxış edən əməkdar artist Tünzalə Ağayeva, populyar müğənnilər Sevda Yəhyayeva, Aslan Hüseynov və meyxanaçı Vüqarın gözəl ifaları əsgərlər tərəfindən xususi rəğbətlə və sürəkli alqışlarla qarşılanmışdır. Tədbirdə Səbail rayon İjra Hakimiyyətinə və injəsənət xadimlərinə hərbi hissənin Fəxri Fərmanları təqdim olunmuşdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA