Səfər Əbiyev ABŞ-ın müdafiə katibi köməkçisinin müavini ilə görüzüb

img

23-06-2011 [03:36]


İyunun 23-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ-ın müdafiə katibi köməkçisinin müavini xanım Seleste Vollenderi qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, ölkələr arasında hərbi əməkdaşlıq məsələlərinin vacibliyini vurğulayan Azərbaycanın müdafiə naziri bölgədəki hərbi-siyasi vəziyyət və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar Ermənistanın yaratdığı problemləri qonağın diqqətinə çatdırıb. Xanım Vollander də öz növbəsində ABŞ-ın Azərbaycanla hərbi əməkdaşlığa üstünlük verdiyini və bu əlaqələrin daha da inkişaf etdirilməsinin zəruriliyini qeyd edib. Görüşdə iştirak edən ABŞ-ın fövqəladə və səlahiyyətli səfiri Metyu Brayza ölkəsinin Azərbaycan Respublikasına təyin etdiyi yeni hərbi attaşesi - polkovnik Daniel Qrillonu nazir Səfər Əbiyevə təqdim edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA