Hesablama Palatası iTV-ni yoxlayacaq

img

22-06-2011 [03:35]


Azərbaycan Hesablama Palatasında növbəti kollegiya iclası keçirilib. Palatanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Azərbaycan İctimai Televiziya və Radio Yayımları Şirkətinə ayrılmış vəsaitlərin və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında ?İçərişəhər? Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə dövlət büdcəsindən ayrılan və büdcədənkənar mənbələrdən daxil olan vəsaitlərin istifadəsinin auditi üzrə Rəy və Hesabatlar geniş müzakirə edilərək təsdiq edilib. Kollegiya iclasının qərarları barədə Milli Məclisə məlumatların təqdim edilməsi qərara alınıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA