?VƏTƏNi TANI? ümumrespublika Kampaniyası Böyük Ağdamın kiçik guzəsində

img

22-06-2011 [11:04]


Milli Şuranın həyata keçirdiyi ?Vətəni tanı? Kampaniyası bu dəfə Ağdamın Quzanlı qəsəbəsində gənclər arasında müsabiqəni həyata keçirib. Əsas prinsiplərindən biri də ölkəmizin ərazi bütövlüyü məsələsi olan Kampaniyanın işçi qrupu böyük Ağdamı kiçik bir qəsəbəyə sığışdıran Quzanlıda 1 saylı orta məktəbə gəliblər. Burada bir qrup gənc atasında kampaniyanı həyata keçiriblər. Tədbirin açlış mərasimində çıxış edən Milli Şuranın mətbuat katibi Orxan Əli bildirib ki, düşmən əsarətində olan torpaqlarımızın tezliklə azad olunması üçün bütün xalqımız, o cümlədən cəmiyyətin aktiv təbəqəsi olan gənclər səy göstərməlidirlər. ?Siz hər biriniz ölkəmizin inzibati ərazi vahidlərini mükəmməl bilməlisiniz. Ermənilərin məkrli siyasətinə qarşı həmişə mübarizə aparmalısınız? ? O. Əli belə deyib. Tədbirdən sonra işçi qrupu Ağdamın Qərvəd kəndi ərazisində təmas xəttinə səfərə ediblər. Səngərdə Vətənimizi qoruyan əsgərlərlə görüşüblər. Bundan sonra işçi qrupu Bərdə şəhərinə gələrək burada məskunlaşmış Ağdamlı gənclər arasında kampaniyanı davam etdiriblər. Ümumilikdən 160-dan çox gənc Kampaniyada iştirak edib. Qeyd edək ki, Kampaniyaya rəsmi olaraq Gənclər və İdman, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi dəstək verir. Həmçinin ?AVA? Skandinaviya klinikası, FİXED Borders kampaniyaya dəstək verir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA