Bakıda mərkəzi yollar 3 günlük bağlanacaq

img

21-06-2011 [04:35]


?Azadlıq? meydanında Azərbaycan Ordusunun yaradılmasının 93-cü ildönümü münasibətilə iyunun 26-da keçiriləcək hərbi paradla əlaqədar 23 iyun səhər saat 6-dan etibarən tədbirin başa çatmasınadə Bakı şəhərinin bəzi yol və prospektlərində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədovun verdiyi məlumata görə, 3 gün ərzində Azadlıq meydanı və ona bitişik ərazilərdə, Nobel prospekti, Afiyəddin Cəlilov, Üzeyir Hacıbəyov küçələri və Zərifə Əliyeva prospektində nəqliyyatın hərəkət tam məhdudlaşdırılacaq. Həmçinin, Xəqani küçəsi Keykab xanım Səfərəliyeva küçəsindən Rəsul Rza küçəsinədək, R.Rza küçəsindən Neftçilər prospektinədək, Neftçilər prospekti Azneft dairəsindən keçərək Q.Abbasov küçəsinədək, Qurban Abbasov küçəsi Bakı-Astara yolunun 14-cü km-dəkbağlanaraq Azadlıq meydanı və ?Sahil? parkı istiqamətlərinə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. BŞDYPİ sürücülərdən şəxsi nəqliyyatdan az istifadə etmələrini və ictimai nəqliyyata üstünlük vermələrini xahiş edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA