Şeyx nümayəndə heyəti ilə Mərakezə gedir

img

21-06-2011 [01:09]


Sabah Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Mərakeş Krallığına rəsmi səfərə yola düşür. İdarənin mətbuat xidmətindən MIA-ya verilən məlumata görə, səfər Mərakeş Krallığı Parlamentinin Nümayəndələr Palatasının sədri Əbdülvahid ər-Radinin dəvəti əsasında həyata keçirilir. İki ölkə müsəlmanlarının müştərək mənafelərinə xidmət edən məsələlərin müzakirəsi və xalqlarımız arasında mövcud dini-mənəvi əlaqələrin daha da dərinləşdirilməsi məramına xidmət edən səfər zamanı Şeyxülislam A. Paşazadənin ölkə rəhbərliyi, Parlamentin hər iki palatasının sədrləri, Mərakeş Krallığı Vəqflər və İslam işləri Naziri və başqaları ilə görüşləri nəzərdə tutulur. Səfər iyunun 24-dək davam edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA