?Vətəni tanı? ümumrespublika Kampaniyası Ağcabədidə

img

21-06-2011 [12:59]


Gənclər Təşkilatları Milli Şuranın ?Vətəni tanı? Ümumrespublika Kampaniyası Azərbaycanın inzibati ərazi vahidlərində seçim turlarını davam etdirir. Kampaniyanı həyata keçirən işçi qrupu bu dəfə Ağcabədi rayonunda olub. Rayonun 8 saylı orta məktəbində baş tutan seçim turundan əvvəl tədbir keçirilib. İşçi qrupunun rəhbəri, Milli Şuranın mətbuat katibi Orxan Əli gənclərə kampaniyanın mahiyyəti barədə geniş məlumat verib. Ağcabədi rayon İcra hakimiyyətinin başçısının müavini, rayon Təhsil Şöbəsinin müdiri, təhsil şöbəsinin metodistləri, müəllimlər gənclərə bildiriblər ki, həyata keçirilən bu kampaniya gənclərə öz bilik və bacarıqlarını nümayiş etdirmək üçün meydan olmaqla yanaşı onların inkişafına da təkan verir. 150-də çox Ağcabədilı gənc vətəni necə tanıdıqlarını nümayiş etdiriblər. İstər elektron, istərsə də keçməcəli xəritə gənclərdə maraq doğurub. Qeyd edək ki, Kampaniyaya rəsmi olaraq Gənclər və İdman, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi dəstək verir. Həmçinin ?AVA? Skandinaviya klinikası, FİXED Borders kampaniyaya dəstək verir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA