Dmitri Medvedev Nərgiz Pazayevaya ?Dostluq ordeni? verib

img

20-06-2011 [10:57]


Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, filologiya elmləri doktoru, professor Nərgiz Paşayevaya Rusiya Federasiyasının ali dövlət mükafatını ? ?Dostluq ordeni?ni təqdim edib. Nərgiz Paşayeva çıxış edərək bu ali mükafata və fəaliyyətinin yüksək qiymətləndirilməsinə görə təşəkkürünü bildirib. Xüsusi xidmətlərinə görə əcnəbi vətəndaşlara ali dövlət mükafatlarının təqdim edilməsinə həsr olunmuş təntənəli mərasim iyunun 20-də Rusiya Prezidentinin Moskva yaxınlığındakı ?Qorki? iqamətgahında keçirilib. ?Dostluq ordeni? ilə təltif edilənlər arasında ?Qazprom? Açıq Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının üzvü Burkhard Berqman (Almaniya), Rusiyadakı Amerika Ticarət Palatasının prezidenti Endrü Somers (ABŞ), ?Knyaz Dmitri Romanovun xeyriyyə fondu?nun sədri Dmitri Romanov (Danimarka Krallığı), Vyetnam Sosialist Respublikası Milli Məclisinin mədəniyyət, təhsil və gənclərin işləri üzrə komissiyasının sədri Çonq Thi Dao, ?Capen Tabakko İnternəşnl? şirkətinin prezidenti Pyer De Labuşer (Fransa) var.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA