Müsavat Partiyası Divanının toplantısı keçirilib

img

20-06-2011 [07:59]


Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən verilən xəbərə görə, əvvəlcə partiya başqanı İsa Qəmbər Avropa Parlamentinin deputatları ilə görüş haqqında Divanı məlumatlandırıb. Divan xarici ölkə diplomatlarının İctimai Palatanın təmsilçiləri ilə görüşündən sonra keçən qısa müddət ərzində İsveçin xarici işlər naziri Karl Bildtin, ABŞ dövlət katibinin müavini Tomas Melianın və Avropa Parlamentinin deputatlarının müxalifət nümayəndələri ilə görüşünü yüksək qiymətləndirib, bunu beynəlxalq birliyin İctimai Palataya və Müsavat Partiyasına diqqəti kimi dəyərləndirib. Sonra Məclisin növbəti sessiyası haqqında müzakirələr aparılıb. Məclisin növbəti sessiyası iyunun 26-da saat 11:00-da partiyanın mərkəzi qərargahında öz işinə başlayacaq. ?Müsavat-100? yubiley tədbirləri çərçivəsində milli azadlıq hərəkatının lideri, mərhum prezident Əbülfəz Elçibəyin doğum günündə - 24 iyunda ?Elçibəy və müsavatçılıq? mövzusunda keçiriləcək konfrans haqqında məlumatlar dinlənilib. Həmin gün saat 12:00-da Əbülfəz Elçibəyin Fəxri Xiyabandakı məzarı ziyarət ediləcək. Saat 14:00-da isə Müsavat Partiyasının qərargahında konfrans başlayacaq. Divanda İctimai Palatanın iyunun 19-da keçirdiyi etiraz aksiyası da müzakirə edilib. Çıxış edənlər aksiyanın yaxşı təşkil edildiyini vurğulayıblar. Divan mitinqlərdə polis zorakılığına son qoyulmasını və həbs edilənlərin azadlığa buraxılmasını tələb edib. Toplantıda Nemət Pənahlının 6 illik azadlıqdan məhrum edilməsinə də toxunulub. Müsavat N. Pənahlını siyasi məhbus hesab edərək onun azadlığa buraxılmasını tələb edib. Sonda cari məsələlərə baxılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA