Pezidentlərin Kazan görüzü barədə rəsmi məlumat verildi

img

20-06-2011 [04:04]


Rusiya prezidentinin mətbuat xidməti iyunun 25-də Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Kazanda keçiriləcək görüşü barədə məlumat yayıb. "Kreml"in rəsmi saytında qeyd edilən məlumata görə, həmin gün Kazanda atçılıq üzrə Rusiya prezidenti kuboku yarışları da keçiriləcək. İlham Əliyevin və Serj Sarkisyanın bu yarışları da izləyəcəyi gözlənilir. Növbəti üçtərəfli görüşdə prezidentlərin Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə etməsi planlaşdırılır. Qeyd edək ki, bu, 2008-ci ildən bəri prezidentlərin üçtərəfli formatda 9-cu görüşü olacaq. Onlardan birincisi 2008 -ci ilin noyabrında Moskvada, sonuncusu isə 2011-ci ilin martında Soçidə keçirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA