ümumrespublika kampaniyası ismayıllıya da çatıb

img

20-06-2011 [10:52]


?VƏTƏNİ TANI? Ümumrespublika Kampaniyası bu dəfə İsmayıllı gəncləri arasında keçirilib. İsmayıllı şəhər 2 saylı məktəbdə baş tutan kampaniyanın açılış mərasimində İsmayıllı rayon İcra Hakimiyyətinin nümayəndələri, rayon təhsil, Gənclər və İdman idarələrinin əməkdaşları iştirak ediblər. Gənclər Təşkilatları Milli Şuranısın İdarə heyətinin üzvü Heydər Atayevin rəhbərlik etdiyi işçi qrupu kampaniyanı həyata keçiriblər. 150 məktəblinin iştirakı ilə keçirilən kampaniyada iki istiqamət üzrə Azərbaycanın inzibati ərazi vahidləri tanınıb. Həm www.miras.az saytında həm də əvvəlcədən hazırlanmış puzzle formasında Azərbaycan xəritəsi gənclər tərəfindən toplanılıb. Bu kampaniyaya rəsmi olaraq Gənclər və İdman, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi dəstək verir. Həmçinin ?AVA? Skandinaviya klinikası, FİXED Borders kampaniyaya dəstək verir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA