ictimai Palata mitinqi baza vurdu

img

19-06-2011 [07:42]


İctimai Palatanın Nərimanov kinoteatrının qarşısındakı mitinqi artıq başa çatıb. Polis İctimai Palatanın Bakının mərkəzi meydanlarında bir neçə qrupdan ibarət tərəfdarlarının mitinq keçirmək cəhdinin qarşısını aldı. İctimai Palatanın tərəfdarları bir neçə saat ərzində metronun ?Gənclik?, ?İnşaatçılar?, ?Elmlər akademiyası?, ?Neftçilər? stansiyaları, ?Nərimanov ? kinoteatrı, Kukla Teatrı və Ayna Sultanovanın heykəli qarşısında kiçik qruplarla aksiyalara cəhd göstərdilər. Ancaq bu aksiyalar ya 3-5 dəqiqə davam edib, ya da polis ani olaraq onların qarşısını alaraq genişlənməsinə imkan verməyib. Nəticədə əvvəlcədən elan edildiyinin əksinə olaraq ?Nərimanov Nərimanov? kinoteatrının qarşısında toplaşıb mitinq keçirilməsi baş vermədi. Partiyalar aksiyada saxlanılanların siyahısını hazırlayır. Təşkilatçılar mitinqi baş tutmuş sayırlar. Hələlik ilkin siyahı açıqlanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA