Əli Abbasov kollegiya iclası keçirib

img

18-06-2011 [01:32]


Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) prezidentin ?Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında? fərmanının icrasının təmin edilməsinə həsr olunmuş kollegiya iclası keçirilib. Nazirlikdən verilən məlumata görə, tədbirdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin kollegiya üzvləri, birlik, müəssisə rəhbərləri və aidiyyəti nümayəndələr iştirak ediblər. Kollegiyanı giriş sözü ilə açan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ölkədə elektron hökumətin formalaşdırılması üzrə aparılan işlərdən danışaraq prezident İlham Əliyev tərəfindən 2011-ci il mayın 23-də imzalanmış fərmanın bu istiqamətdə həyata keçirilən layihələrə ciddi təkan verdiyini bildirib. Nazir ?elektron hökumət?in vətəndaşların müraciətlərinə baxılması, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, onların elektron xidmətlər göstərməsi, bunlardan vətəndaşların və biznes qurumlarının asanlıqla istifadə etməsinə, bürokratik əngəllərin aradan qaldırılmasına xidmət etdiyini və bu istiqamətində ciddi tədbirlərin həyata keçirildiyini qeyd edib. Bu fərmanın dövlət orqanları tərəfindən elektron xidmətlərin göstərilməsinin təşkili və genişləndirilməsi üçün mühüm əhəmiyyət daşıdığını, konkret məsələlərin həllinə yönəldiyini vurğulayan nazir qısa bir zamanda görüləcək işləri diqqətə çatdırıb. Kollegiyada ölkədə ?elektron hökumət?in formalaşdırılması istiqamətində aparılan fəaliyyət barədə məlumat verilib. Fərmanın icrası ilə bağlı Nazirlər Kabinetinin 2011-ci il 7 iyun tarixli sərəncamında müəyyənləşdirilmiş tədbirlər və onların yerinə yetirilmə yolları haqqında məlumat verilib. Bu istiqamətdə nazirliyə həvalə edilmiş məsələlərin həyata keçirilməsi, digər dövlət orqanları ilə sıx əməkdaşlıq edilməsi, eyni nazirliyin fəaliyyətində, o cümlədən tabeli idarə və müəssisələr tərəfindən əhaliyə göstərilən xidmətlərin elektron formada həyata keçirilməsinin təşkili imkanları müzakirə edilib. Kollegiya üzvləri, nazirliyin ayrı-ayrı birliklərinin rəhbərləri, mütəxəssislər bu məsələlərlə bağlı çıxış ediblər və fərmanın icrasının təmin edilməsi məqsədilə görüləcək tədbirlər barədə fikirlərini bildiriblər. Nazir Ə.Abbasov kollegiya iclasına yekun vuraraq həyata keçiriləcək tədbirlərin əhəmiyyətini bir daha vurğulayıb və fərmanın müddəalarından irəli gələn məsələlərin nazirliyin tabeli qurumlarının fəaliyyətində tətbiqi və dövlət qurumlarında aparılan işlərlə əlaqələndirilməsi üzrə konkret tapşırıqlar verib. Bu məsələlər barədə nazirliyin kollegiyası müvafiq qərar qəbul edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA