Gənclər Mübariz ibrahimovun və zəhid Fərid Əhmədovun məzarını ziyarət ediblər

img

18-06-2011 [12:50]


Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şəhid olmasının ildönümüdür. Bu münasibətlə bir qrup gənc onun məzarının ziyarət edib. Saat 10.00-da Gənclər və İdman Nazirliyinin Bakı Şəhər Baş İdarəsi, "Gənc Heydərçilər" Ümumrespublika Gənclər Birliyinin üzvləri şəhid Mübariz İbrahimovun və şəhid Fərid Əhmədovun II Fəxri Xiyabanda yerləşən məzarını ziyarət ediblər. Əllərində Azərbaycan bayraqları, ?Mübariz olaq!? şüarları səsləndirən gənclər şəhidlərin məzarı üzərinə əklil qoyublar. Çıxış edən Gənclər və İdman Nazirliyinin Bakı Şəhər Baş İdarəsinin rəhbəri Raqif Abbasov bildirib ki, Mübariz İbrahimov öz həyatı və əməli ilə vətəndaşlıq borcunu yerinə yetirib. Sonra çıxış edən "Gənc Heydərçilər" Ümumrespublika Gənclər Birliyinin İdarə Heyətinin sədri Nəsimi Qədirov Mübariz İbrahimovun qəhrəmanlığından söz açaraq onun keçdiyi yolun hər kəsə nümunə olduğunu vurğulayıb: "Mübariz İbrahimov yalnız vətə düşünərək o cür qəhrəmanlıq göstərib və ən yüksək zirvəyə ucalıb. Hesab edirəm ki, gənclərin hər biri bu qəhrəmanlıq salnaməsindən nümunə götürməlidir. Hamımız Vətən yolunda Mübariz olmağı bacarmalıyıq".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA