Şura Sumqayıt zəhərinin gənclərinin karyera imkanlarının qurulmasına yardım edir

img

18-06-2011 [01:39]


?Demokratik Gənclər? İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra etdiyi ?Sumqayıt gənclərinin İnternet resurslarından səmərəli istifadə etməklə karyera imkanlarının artırılması? layihəsi çərçivəsində təlimlərin təşkilinə başlamışdır. 12. 06.2011-ci ildə Sumqayıt şəhər 14 nömrəli orta məktəbin Heydər Əliyev zalında növbəti tədbirini keçirdi. Bu tədbir Hesabat xarakterli tədbir idi. Tədbirdə 15 nəfər gənc fəallar iştirak edirdi. Bu tədbir ?Demokratik Gənclər? İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra etdiyi ?Sumqayıt gənclərinin İnternet resurslarından səmərəli istifadə etməklə karyera imkanlarının artırılması? layihəsi çərçivəsində həyata keçirdiyi tədbirlərin I Mərhələsi başa çatdığı üçün nəticələrin ictimayyətə çatdırılması məqsədi ilə keçirilirdi. Tədbirdə bu layihə çərçivəsində keçirilən təlimlərdə iştirak edən müxtəlif qrupların rəhbərləri , KİV nümayəndələri iştirak edirdi. Tədbiri giriş sözü ilə layihənin və Demokratik Gənclər İctimai Birliyinin rəhbəri Ramil Süleymanov açdı . Ramil Süleymanov ilk öncə bu layihənin keçirilməsinə dəstək olan Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına öz minnətdarlığını bildirdi. Tədbir iştirakçılarına bu təlimlər haqqında məlumat verildi. Hər bir hədəf qrupunun rəhbərinə görülən işlər, bu işlər zamanı üzə çıxan maraqlı məqamlar haqında məlumat verdi. Ramil Süleymanov iştirakçılara bildirdi ki, yaxın günlərdə Sumqayıt şəhərində Gənclərin inkişafı üçün Karyera Mərkəzi açılacaq. Bu mərkəz ilkin olaraq, 2 mərkəz şəklində fəaliyyət göstərəcək. Birinci Mərkəz Sumqayıt Dövlət Texniki Kollecində ikinci mərkəz isə Sumqayıt şəhər Y. Məmmədəliyev adına 31 nömrəli orta məktəbdə( Elektron məktəb) açılacaq. Layihənin ikinci mərhələsində isə bu Karyera mərkəzlərinin sayı 4 çatdırılacaq. Biz bu barədə artıq müəyyən danışıqlar aparırıq. Bu mərkəzlərin biri Sumqayıt şəhərinin 2 Peşə məktəbində 1 Kollecində və 1 Ali məktəbində açmağı qarşımıza məqsəd qoymuşuq. Tədbir iştirakçılarını düşündürən əsas sual bu mərkəzlərin iş fəaliyyəti, mərkəzlərdə işləyən işçilərin iş qrafiki iş mexanizmi haqqında sual verildi. Daha sonra bu mərkəzin iş qrafiki haqqında iştirakçılara geniş məlumat verildi. Burda işləyən işçilər könüllülük əsasında işləyəcəklər. Birlik tərəfindən bu gənclərin nəqliyyat, yemək xərcləri ödənilməsi nəzərdə tutulur. Gələcəkdə belə mərkəzlərin yaradılması ilə bağlı layihələr zamanı biz tərəfdən bu mərkəzlərdə çalışan işçilər maaşlarını da ödəniləcək. Tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin Elektron və Veb məzmunun İnkişafı şöbəsinin müdiri Karyera və İş axtarışı sahəsi üzrə ekspert Ayaz Abuşovda iştirak edirdi. Ramil Süleymanov iştirakçılara bildirdi ki, bizim üçün sevindirici hal ondan ibarətdir ki, bu gün həyata keçirdiyimiz bu layihənin soraqları artıq Azərbaycanın digər bölgələrində də gəlir. Bizə tez - tez zənglər olur ki, bu layihəni təkcə Sumqayıt şəhərində deyil həm də Digər bölgələrdə də keçirək. Quba rayon Amsar Kənd tam orta məktəbinin direktoru Bayramlı Habil bizə zəng edərək, bu layihənin Quba şəhərində onun rəhbərlik etdiyi məktəbin sinif rəhbəri və əmək təlimi müəllimi olan müəllimlərə keçməyimizi xahiş etdi. Bu xahişlə birliyimiz Quba şəhərində birliyin öz imkanları çərçivəsində Amsar Kənd tam orta məktəbində olaraq, məktəbin müəllimləri üçün də Karyera imkanlarının artırılması, Düzgün peşə seçimi ilə bağlı təlimi həyata keçirdik. Növbəti vaxtlarda Masallı, Qəbələ, Lənkəran, Abşeron rayonlarında da keçirməyi planlaşdırırıq. Gələcəkdə həmin rayonlarda da Karyera Mərkəzlərinin yaradılmasını planlaşdırırıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA