Orta məktəblərdə növbəti buraxılız imtahanları keçirilir

img

16-06-2011 [01:27]


Bu gün Azərbaycanın orta məktəblərində ümumi orta və tam orta təhsil səviyyələri üzrə növbəti buraxılış imtahanları keçirilir. Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, imtahanlar Astara, Biləsuvar, Cəlilabad, Lənkəran, Masallı, Salyan və Neftçala rayonları üzrə keçirilir. 11-ci sinif şagirdləri üçün imtahan saat 10.00-da başlayıb və 3 saat davam edəcək. 9-cu sinif şagirdləri üçün isə saat 15.00-da başlayacaq və 1 saat yarım davam edəcək. Son buraxılış imtahanları isə iyunun 17-si və 18-də Bakıda keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA