Bakıda Ombudsmanların IX Bakı Beynəlxalq konfransı bazlayıb

img

16-06-2011 [11:12]


18 iyun-İnsan Hüquqları Günü münasibətilə Ombudsman Aparatı tərəfindən iyunun 16-da ?Milli azlıqların və miqrantların mədəni hüquqları: hüquqi aspektlər və implementasiya? mövzusuna həsr edilmiş ombudsmanların növbəti IX Bakı Beynəlxalq konfransı keçirilir. YUNESKO-nun dəstəyi ilə baş tutacaq beynəlxalq konfransda İsveç, Norveç, Hindistan, Tailand, Pakistan, Polşa, Sloveniya, Rusiya Federasiyası, Ukrayna, Moldovanın ombudsmanları və ya bu ölkələrin milli insan hüquqları təsisatlarının nümayəndələri, həmçinin insan hüquqları sahəsində tanınmış alimlər və beynəlxalq ekspertlər iştirak edəcəklər. Qeyd edək ki, bu günədək təşkil olunmuş ombudsmanların səkkiz Bakı Beynəlxalq konfransında 54 ölkənin ombudsmanları və əməkdaşları iştirak edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA