Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ?Qaynar xətt?inə may ayı ərzində 76 müraciət daxil olub

img

16-06-2011 [11:09]


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 24 saat fəaliyyət göstərən ?Qaynar xətt?i vasitəsilə ölkə ərazisində ətraf mühitin mühafizəsi ilə əlaqədar ekoloji tarazlığın qorunması, ekoloji qanun pozuntuları və digər ekoloji hallar barədə müraciətlər qəbul edilir. 2011-ci ilin may ayı ərzində ETSN-nin ?Qaynar xətt?inə 76 müraciət daxil olub və nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılaraq qanuna müvafiq tədbirlər görülüb. ETSN-in mətbuat xidmətindən verilən məlumata görə, belə ki, ağacların kəsilməsi ilə əlaqədar 25, aşma təhlükəsinin olması ilə əlaqədar 28, atmosfer havasının çirklənməsi ilə bağlı 7, məişət tullantılarının qalaqlanması ilə bağlı 5, çirkab suların axıdılması ilə bağlı 3, səs-küylə bağlı 4, elektromaqnit şüalanma ilə bağlı 2, palçıq vulkanının püskürməsi ilə bağlı isə 2 müraciət daxil olub. Ağacların kəsilməsi ilə əlaqədar daxil olmuş müraciətlər nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılaraq 10 şikayət üzrə fakt təsdiqlənib və qanuna müvafiq tədbirlər görülüb, 15 müraciət isə öz təsdiqini tapmayıb. Ağacların aşma təhlükəsinin olması ilə əlaqədar daxil olan 28 müraciətdən 24-nə yerində baxış keçirilərək təhlükə yaradan ağaclarla bağlı müvafiq rəy və təkliflər verilib, 1 müraciət əsassız hesab edilib, 3 müraciət isə icradadır. Məişət tullantılarının qalaqlanması, atmosfer havasının çirklənməsi, çirkab suların axıdılması, elektromaqnit şüalanma, səs-küy və palçıq vulkanının püskürməsi ilə əlaqədar daxil olan 23 müraciətdən 11-i ilə bağlı qanuna müvafiq tədbirlər görülüb. 12 müraciət isə nazirliyin əməkdaşları tərəfindən keçirilən monitorinqlər zamanı öz təsdiqini tapmayıb və həmin ərazilər nəzarətə götürülüb. Araşdırmalar zamanı daxil olan müraciətlərin əksəriyyətinin şəxsi xarakterli olduğu və fərdi konfliktləri həll etmək məqsədi daşıdığı məlum olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA