?VƏTƏNi TANI? ümumrespublika Kampaniyası Şəkidə

img

16-06-2011 [12:26]


ARGTMŞ-ın həyata keçirdiyi ?VƏTƏNİ TANI? Ümumrespublika Kampaniyası öz seçim turlarını Şəki rayonunda davam etdirib. Milli Şuranın İdarə heyətinin üzvü Heydər Atayevin rəhbərlik etdiyi işçi qrupu Şəki rayonunda olub. Şəki şəhərində baş tutan seçim turunda 150-dən çox gənc kampaniyanın iştirakçısına çevrilib. Onlar keçməcə və elektron variantlarda olan Azərbaycan xəritəsini toplayıblar. Tədbirin açılış mərasimində rayon İcra hakimiyyətinin, təhsil, gənclər və idman idarələrinin nümayəndələri, müəllimlər, gənclər iştirak ediblər. Regionlarda Kampaniyanı həyata keçirən işçi qrupunun rəhbəri Heydər Atayev bildirib ki, Milli Şuranın bu layihəsi Azərbaycan ictimaiyyəti tərəfindən maraqla qarşılanıb. ?Regionlarda gənclərin necə həvəslə bu yarışda iştirak etdiyinin şahidi olduq. Demək olar ki, Azərbaycanın bütün regionlarında istər gənclər olsun, istərsə də yaşlı təbəqə bu kampaniyanı çox uğurlu layihə hesab edirlər.? Heydər Atayev onu da bildirib ki, gənclərimizin ölkəmizi tanıması bu gün vacibdir. Torpaqlarımızın işğal altında olduğu bir vaxtda ərazi bütövlüyü məsələsini qaldırmaq hər bir gəncin mənəvi borcudur. Qeyd edək ki, Kampaniyaya rəsmi olaraq Gənclər və İdman, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi dəstək verir. Həmçinin ?AVA? Skandinaviya klinikası, FİXED Borders kampaniyaya dəstək verir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA