Bakı zəhər yol polisi sürücülərə xəbərdarlıq edir

img

15-06-2011 [01:43]


Bakı şəhər yol polisi Milli Qurtuluş Günü münasibətilə Dənizkənarı Milli Parkda keçiriləcək bayram konserti ilə əlaqədar küçə və yollarda nəzarəti gücləndirəcək. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, yol polisi bayram tədbiri ilə əlaqədar olaraq Dənizkənarı Milli Park boyu Neftçilər prospekti ilə Azneft dairəsindən Azadlıq meydanınadək və digər kəsişən küçə və yollarda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə sürücülərdən bu istiqamətlərdə şəxsi avtomobillərindən mümkün qədər az istifadə etmələrini xahiş edir. Bu istiqamətdə avtomobillərin parklandırılmasının mümkünsüzlüyünü nəzərə alaraq əhalidən ictimai nəqliyyata üstünlük vermələri xahiş olunur. Bu gün saat 21:00-da Dənizkənarı Milli Parkda bayram konserti təşkil olunacaq. Saat 23:00-da isə atəşfəşanlıq olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA