225 müəssisənin sahibkarı cərimə olunub

img

14-06-2011 [11:44]


2011-ci ilin 5 ayı ərzində 225 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunub. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin məlumatında bildirilir ki, onlar yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitar norma və qaydalarının tələblərini pozan, laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən müəssisələrin sahibkarlarıdır. Xəbərdə deyilir ki, bununla bağlı 112 obyektin istismarı dayandırılıb. 41 nəfər işdən müvəqqəti kənarlaşdırılıb. Şadlıq evlərindən 5805 yaxma nümunəsi, 81 soyuq qəlyanaltı nümunəsi götürülüb. Yaxma nümunələrinin 84-də mikrobioloji çirklənmə aşkar edilib. 5 ay ərzində əhali arasında 258 qida zəhərlənməsi hadisəsi baş verib, 325 nəfər zərər çəkib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA