Magistraturaya ixtisas seçiminin vaxtı uzadılıb

img

14-06-2011 [03:11]


Ali məktəblərin magistraturasına proqram və ixtisaslaşmaların seçimi üçün nəzərdə tutulan vaxt uzadılıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən verilən xəbərə görə, ali təhsil müəssisələrinin magistraturalarına 20 fevral 2011-ci il tarixində keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələrinə əsasən, müsabiqə şərtlərini ödəyərək imtahanın ikinci mərhələsinə buraxılmış bakalavrların proqram və ixtisaslaşma seçimi etmələri üçün nəzərdə tutulan vaxt iyunun 16-sı saat 11.00-dək artırılıb. İmtahanın ikinci mərhələsinə buraxılmış bakalavrlardan qeyd olunan tarixədək internetlə proqram və ixtisaslaşma seçimi etməyənlər iyunun 26-da keçiriləcək magistraturaya qəbul imtahanının ikinci mərhələsində iştirak edə bilməyəcəklər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA