Moskvada 3 azərbaycanlı güllələnib

img

14-06-2011 [12:56]


Rusiyanın paytaxtı Moskvada 3 Azərbaycan vətəndaşı güllələnib. "RİA Novosti"nin verdiyi məlumata görə, azərbaycanlılar travmatik silahdan açılan güllə ilə yaralanıblar. Hadisə bu gecə Belojevskaya küçəsi 95 ünvanında baş verib. Hüquq mühafizə orqanlarından verilən məlumata görə, atəş açan şəxslərin şəxsiyyəti bilinmir və onlar hadisədən sonra gizlənə biliblər. Azərbaycanlılar hadisədən sonra xəstəxanaya müraciət ediblər və müxtəlif yaralarla müalicə edilirlər. Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA