Səfər Əbiyev özbəkistanlı həmkarı ilə görüzüb

img

13-06-2011 [05:11]


İyunun 13-də Azərbaycana rəsmi səfərə gələn Özbəkistanın müdafiə naziri general-mayor Kabul Berdiyevin Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyevlə görüşü olub. Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, Fəxri xiyabanda Heydər Əliyevin və Şəhidlər Xiyabanını ziyarət etdikdən sonra özbəkistanlı qonağın MN-də təntənəli qarşılanma mərasimi keçirilib. Geniştərkibli görüşdə müdafiə nazirləri Azərbaycanla Özbəkistan arasındakı hərbi əməkdaşlıq əlaqələrinin inkişafı və bölgədə hərbi-siyasi vəziyyət barədə geniş fikir mübadiləsi aparıblar. Sonra nazirlər arasında təkbətək görüş keçirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA