Rusiya, Azərbaycan və Ermənistan XIN rəhbərləri görüzdülər

img

12-06-2011 [01:32]


Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Edvard Nalbandyan iyunun 11-də Moskvada işgüzar görüş keçiriblər. Azərbaycanın Rusiyadakı səfirliyindən bildiriblər ki, müzakirə zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının baza prinsiplərinə dair əsas məsələlər üzrə mövqeləri yaxınlaşdırmaq mümkün olub. Bu sənədin layihəsi bu ilin iyun ayının sonunda növbəti üçtərəfli zirvə toplantısında müzakirə olunacaq. Xatırladaq ki, bu görüş hər üç ölkənin prezidentlərinin iyunun 25-də Kazanda keçiriləcək görüşünə hazırlıq məqsədi daşıyırdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA