65 yaz həddi ali məktəblərdə izləyənlərə zamil edilməyəcək

img

10-06-2011 [02:01]


İyunun 10-da Milli Məclisin növbədənkənar sessiyasında ?Əmək pensiyaları haqqında? qanununa və Əmək Məcəlləsinə dəyişikliklər edilməsi barədə məsələ müzakirə olunub. Milli Məclisin Sosial Siyasət komitəsinin sədri Hadı Rəcəbli layihə barədə deputatlara məlumat verib. Dəyişikliklər deputatlar tərəfindən müzakirə edilərək, səsverməyə çıxarılıb. Səsvermə nəticəsində layihəyə dəyişikliklər təsdiq edilib. Qeyd edək ki, Əmək Məcəlləsindəki dəyişikliklərə görə, 65 yaş həddinə çatmış şəxslərin təqaüdə çıxması məsələsi ali təhsil müəssisələrində çalışan şəxslərə şamil edilməyəcək. ?Əmək pensiyaları haqqında? qanununa dəyişikliklərdə isə 25 il iş stajı olan elmlər doktorlarının pensiyasının baza hissəsinə 200 manat, elmlər namizədlərinin pensiyalarının baza hissəsinə isə 120 manat artırılması öz əksini tapıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA