Hökumət yüksək ixtisaslı kadrların hazırlanması üçün qərar verdi

img

09-06-2011 [11:04]


Nazirlər Kabineti müdafiə sənayesi kompleksi üçün yüksək ixtisaslı kadrların hazırlanması haqqında qərar qəbul edib. Nazirlər Kabinetindən bildirilib ki, qərara əsasən, Azərbaycan Texniki Universitetində ?Xüsusi texnika və texnologiya? fakültəsi və müvafiq kafedralar yaradılacaq. Təhsil Nazirliyinə ?Xüsusi texnika və texnologiya? fakültəsinin Əsasnaməsinin müəyyən olunmuş qaydada hazırlayıb təsdiq etmək, MSN ilə birlikdə ?Xüsusi texnika və texnologiya? fakültəsində kadr hazırlığı aparılacaq ixtisaslar üzrə təkliflərini hazırlayıb, ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə ixtisasların təsnifatına daxil edilməsi üçün Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb. Təhsil Nazirliyi MSN ilə birlikdə fakültənin müvafiq profil kafedralarının müasir tələblərə uyğun maddi-texniki bazasının yaradılması, eləcə də fakültədə tədris prosesinin təşkili və aparılması, tədris-metodiki vəsaitlərlə təmin olunması ilə bağlı məsələlərin həll edilməsi üçün də tədbirlər görməlidir. Qərarla İqtisadi İnkişaf Nazirliyi müdafiə sənayesi kompleksinin tələbatını nəzərə almaqla, MSN-in və Təhsil Nazirliyinin təklifləri əsasında müvafiq ixtisaslar üzrə dövlət sifarişi ilə Azərbaycan Texniki Universitetinin ?Xüsusi texnika və texnologiya? fakültəsinə tələbə qəbulunun proqnozunu müəyyənləşdirməli, Təhsil Nazirliyi bu qərardan irəli gələn digər məsələləri həll etməlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA