Belqradda Azərbaycanla Serbiya arasında sənədlər imzalanıb

img

08-06-2011 [06:47]


Azərbaycan prezidenti İlham Əliyev və Serbiya prezidenti Boris Tadiçin Serbiyada nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları başa çatdıqdan sonra Azərbaycan-Serbiya sənədlərinin imzalanması mərasimi olub. Iki ölkə arasında ?Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında fövqəladə hallar sahəsində əməkdaşlıq haqqında Saziş?, ?Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş?, ?Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Saziş?, ?Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Serbiya Respublikasının Təhsil və Elm Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş?, ?Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Serbiya Respublikasının Gənclər və İdman Nazirliyi arasında gənclərlə iş və idman sahəsində əməkdaşlıq haqqında Saziş?, ?Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş?, ?Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş?, ?Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Serbiya Respublikasının Kənd Təsərrüfatı, Ticarət, Meşəçilik və Su Təsərrüfatı Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu?, ?Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Serbiya Respublikasının İqtisadiyyat və Regional İnkişaf Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu?, ?Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və Serbiya Respublikasının İnfrastruktur və Energetika Nazirliyi arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında Memorandumu?, ?Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi və Serbiya Respublikasının İnfrastruktur və Energetika Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu? və ?Azərbaycan Respublikasının Mülki Aviasiya Administrasiyası və Serbiya Respublikasının Mülki Aviasiya Direktorluğu arasında Anlaşma Memorandumu? imzalanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA