Ramil Usubovdan kadr dəyiziklikləri

img

08-06-2011 [03:03]


Azərbaycan daxili işlər orqanlarında yeni təyinat olub. Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsinin rəis müavini, polis polkovniki Nüsrət Şirinov Daxili İşlər Nazirliyi Katibliyinin rəisi vəzifəsinə təyinat alıb. R.Usubovun başqa bir əmri ilə Samux Rayon Polis Şöbəsinin rəisi Mübariz Quliyev tutduğu vəzifədən azad edilərək Sabirabad Rayon Polis Şöbəsinin rəisi təyin olunub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hər iki faktı təsdiqləyiblər. Qeyd edək ki, bir neçə gün əvvəl Polis Akademiyasının rəisi, polis general-mayoru Ramiz Nağıyev daxili işlər orqanlarında xidmətkeçmənin son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Daxili İşlər Nazirliyinin Katibliyinin rəisi Nazim Əliyev isə Polis Akademiyanın rəisi vəzifəsinə təyinat alıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA