Bu gündən bakalavrların ixtisas seçimi bazlayır

img

08-06-2011 [02:14]


İyunun 8-dən etibarən bakalavrlar qəbul proqramını və ixtisaslaşmaları seçib təsdiq etməlidirlər. Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə, müsabiqə şərtlərini ödəyərək imtahanın ikinci mərhələsinə buraxılmış bakalavrların proqram və ixtisas seçimi başalayıb. Bu barədə məlumat Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin rəsmi saytında yer alıb. Bunun üçün bakalavrlar iyunun 8-dən 15-dək elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını və ixtisaslaşmaları seçib təsdiq etməlidirlər (həmin proqramların siyahısı ?Magistr? jurnalının 2011-ci il 3-cü sayında dərc olunub). Proqram və ixtisaslaşmaları seçib təsdiq etmiş bakalavrlar iyunun 23-dən 25-dək öz elektron ərizələrinə daxil olaraq ikinci mərhələ üçün "Bakalavrın imtahana buraxılış vərəqəsi"ni çap edib götürməlidirlər. Qəbul imtahanının ikinci mərhələsi iyunun 26-da Bakı, Naxçıvan və Gəncə şəhərlərində keçiriləcək. İmtahanın ikinci mərhələsində bakalavrların ixtisas üzrə bilikləri test üsulu ilə onlara 50 test tapşırığı təqdim olunmaqla (bəzi proqramlar üzrə isə yazılı imtahanla və ya qabiliyyət imtahanı ilə) yoxlanılır. İkinci mərhələdə imtahan suallarının cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA