Qaxda ?Vətəni tanı? kampaniyası keçirilib

img

08-06-2011 [01:26]


Milli Şuranın ?Vətəni tanı? Ümumrespublika Kampaniyası Azərbaycanın inzibati ərazi vahidlərində seçim turlarını davam etdirir. Milli Şuranın ?Vətəni tanı? Ümumrespublika Kampaniyasının növbəti seçim turu Qax rayonunda baş tutub. MIA-nın məlumatına görə, tədbirin açılış mərasimində Milli Şuranın İdarə Heyətinin üzvü Heydər Atayev, Qax rayon İcra hakimiyyətinin başçısının müavini Ziyafət Xasıyeva, Rayon təhsil şöbəsinin müdiri Məmməd Xasıyev, təhsil şöbəsinin metodistləri, müəllimlər iştirak ediblər. 150-dən çox qaxlı gəncin iştirak etdiyi seçim turunda iki nəfər ümumrespublika turuna vəsiqə qazanıb. Qeyd edək ki, Kampaniyaya rəsmi olaraq Gənclər və İdman, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Torpaq Xəritəçəkmə Komitəsi dəstək verir. Həmçinin ?AVA? Skandinaviya klinikası, FİXED Borders kampaniyaya dəstək verir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA