?istedadlı zagirdlər üçün innovasiya Siniflərinin yaradılması? layihəsi həyata keçirilib

img

07-06-2011 [01:27]


Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti (AGAAMC) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə ?İstedadlı şagirdlər üçün İnnovasiya Siniflərinin (İnnovation Classrooms) yaradılması? layihəsinin ikinci mərhələsi çərçivəsində Şəki şəhərində, 25-27 may 2011-cu il tarixində 50 nəfər istedadlı orta məktəb şagirdi və təhsil işçilərinin iştirakı ilə seminar həyata keçirib. Seminar Şəki şəhəri H.Əliyev prospekti 83 ünvanında, Şəki şəhər 10 saylı orta məktəbin akt zalında keçirilib. Seminarın əsas məqsədi şagirdlər üçün İnnovasiya Sinifləri təcrübəsini inkişaf etdirməklə Azərbaycan dövlətinin istedadlı uşaqların inkişafı ilə bağlı siyasətindən irəli gələn proinsiplərin həyata keçirilməsinə əlavə töhfələr vermək, istedadlı uşaqların təşkilatlanması və istedadlı uşaq kapitalının formalaşdırılmasına yardımçı olmaq, onların qeyri-formal təhsil almasına, zehni oyunlar (puzzle party) üzrə ixtiraçılıq potensialının inkişafına dəstək vermək, istedadlı şagirdləri 21 əsrin yeni yaradıcı ixtisaslarına yönləndirməklə onların imkan və bacarıqlarının reallaşmasına şərait yaratmaq, təhsildə yeni bir təcrübənin əsaslarını formalaşdırmaq olub. Seminar vasitəsilə şagirdlər innovasiyanın mahiyyəti, innovasiyanin formaları, ixtiraçılıq, müasir dünyanın yeni yaradıcı ixtisasları, təhsil sferasında innovasiya metodlarının tətbiqinin effektləri, insan kapitalı, beynəlxalq təcrübə - inkişaf etmiş dünya ölkələrində, ABŞ və Qərbi Avropa ölkələrində mövcud olan İnnovasiya məktəbləri, İnnovasiya Siniflərinin iş mexanizmi, şagirdlərin bu muxtar təsisatlardakı fəaliyyəti haqqında məlumatlandırılmışdır. Eyni zamanda şagirdlərə İnnovativ Məktəb proqramı, innovativ inkişaf planı modelləri haqqında da məlumatlar verilmişdir. Şəki şəhərində yerləşən 10, 7 saylı orta məktəblərdə, şagirdlər arasında pilot innovasiya sinifləri təşkil edilmişdir. İnnovasiya siniflərinin rəhbər və müavinləri, katibləri şagirdlər arasından seçilmişdir. İnnovasiya siniflərinin fəaliyyət mexanizmi şagirdlərə izah olunmuş, gələcəkdə innovasiya siniflərinin fəaliyyəti çərçivəsində istedadlı şagird bankının yaradılması, görüş, disput və maraq saatlarının təşkili qaydası, şagirdlərin lokal inkişaf planlarının, təqdimatların hazırlanması və s. haqqında iştirakçılara məlumatlar verilmişdir. Yaradılmış pilot İnnovasiya Siniflərinin iş qrafiki (həftədə 1 dəfə olmaqla) müəyyənləşdirilmişdir. Seminar çərçivəsində uşaqlarla seminar aparıcısı arasında diskussiyalar da təşkil edilmişdir. Yerli təhsil işçiləri və müəllimlər də seminarda aktiv iştirak etmiş və yeni təcrübə - İnnovasiya sinifləri haqqında məlumatlar əldə etmişlər. Seminarı t.e.f.d, layihənin eksperti Ruslan Rəhimli aparmışdır. Seminarda eyni zamanda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mütəxəssisi Nigar Atakişiyeva da iştirak etmişdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA