Təhsil Nazirliyində xüsusi əməliyyat keçirilib

img

06-06-2011 [11:53]


Təhsil Nazirliyində xüsusi əməliyyat keçirilib. Məlumata görə, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi və Milli Təhlükəsizlik Nazirliyi tərəfindən birgə aparılıb. Əməliyyat zamanı bir neçə nəfərdən cinayət işi üzrə ifadə alınıb. Bundan başqa, nazirliyin bir neçə əməkdaşı saxlanılıb. Onlardan biri nazirliyin İqtisadiyyat şöbəsinin müdir müavini Orxan Kərimovdur. Baş prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov ANS-ə faktı təsdiqləyərək təfərüatlarla bağlı daha geniş məlumat veriləcəyini deyib. Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə isə əməliyyatın Təhsil Nazirliyinin təşəbbüsü ilə baş tutduğunu açıqlayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA