Azərbaycandan 1 ayda 200-ə yaxın əcnəbi deportasiya edilib

img

06-06-2011 [05:02]


Azərbaycan Dövlət Miqrasiya Xidmətinin məlumatına görə, 2011-ci ilin may ayı ərzində 1018 əcnəbinin inzibati qanunvericiliyin tələblərini pozması müəyyən edilib. Qanun pozucularının 182 nəfərinin cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılıb. 648 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq 48 saat ərzində ölkəni tərk etmə qərarı verilib. 188 əcnəbi isə barələrində qəbul edilən qərara əsasən ölkədən çıxardılıb. 16 yaşı tamam olmayan 66 nəfər əcnəbi isə bu səbəbdən inzibati məsuliyyətə cəlb edilməyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA